"Zəfər Gününün arxasında ən böyük əmək ölkə başçısı İlham Əliyevin əməyidir"

"Zəfər Gününün arxasında ən böyük əmək ölkə başçısı İlham Əliyevin əməyidir"
SOSİAL
17:47 08.11.2022
298
"Tam əminliklə deyə bilərik ki, Zəfər Gününün arxasında ən böyük əmək ölkə başçısı İlham Əliyevin əməyidir". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Rizvan Hüseynov Zəfər Günündən danışarkən deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin hər zaman uğurlu diplomatiyası, uğurlu siyasəti olub:
 

 

"Zəfərə gedən yol uzun bir yoldur, elə bir dönəmlər var idi ki, ölkədə çox adam, kənarda olan siyasi qruplar Azərbaycana məsləhət bilirdilər ki, Qarabağ münaqişəsini unudaq. Çalışaq erməni tərəfi ilə sülh yolu ilə anlaşaq, ikitərəfli münasibətlərdən sonra ola bilsin ki, hər hansısa bir ərazini bizə qaytarsınlar. Bundan başqa real təklif yox idi, amma ölkə başçısının qətiyyətli addımları, dəmir iradəsi nəticə etibarilə ona gətirdi ki, mərhələ-mərhələ, ilk növbədə Azərbaycan öz hərbi texniki gücünü nümayiş etdirdi, ordumuz NATO standartlarına uyğun olaraq hazırlandı. Həm silah-sursat baxımından, həm də ordunun Xüsusi Təyinatlı və digər ordu növlərinin daimi təlimi bizə onu göstərirdi ki, cənab Prezident bu məsələni heç bir zaman unutmur. Bununla paralel olaraq, İlham Əliyevin uğurlu diplomatiyası, uğurlu siyasəti var idi. Yeni dost ölkələrin axtarışına çıxmışdıq, iqtisadi-tranzit-nəqliyyat layihələrini, neft-qaz layihələrini elə istifadə edirdik ki, dost qazanaq. Əsas xarici siyasət idi idi ki, bu da ən yüksək səviyyədə idi. Nəticə etibarilə erməni havadarları, erməni diasporası, erməni lobbisi öz gücünə və havadarlarına arxalanmasına baxmayaraq, Azərbaycan bu uğurlu xarici siyasətlə istədiyinə nail oldu". 

Politoloq həmçinin bildirib ki, müharibə dövründə ölkə başçısı hər gün çalışırdı ki, informasiya mübarizəsini də aparsın:

"Erməni tərəfi üçün ən gözlənilməz vaxt idi ki, Azərbaycan Ordusu 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. Bu döyüşlər gedə-gedə elə bir gün yox idi ki, biz cənab prezidentdən çıxış, tvit və ya xarici mətbuata verdiyi müsahibələri eşitməyək. Ölkə başçısı hər gün çalışırdı ki, informasiya mübarizəsini də aparsın. Bu sahədə də öz liderliyini göstərdi. Dünyaya erməni yalanlarını ən düzgün şəkildə ifşa etdi. Bu müsahibələr sayəsində prezident həm də Azərbaycanının uğurlarını bütün dünyanın diqqətinə çatdırırdı. Prezident bir neçə istiqamətdə - iqtisadiyyat, hərb, hərbi - texniki, xarici siyasət və informasiya müharibəsində çalışaraq öz liderliyini sübut etdi".
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR