Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq

Zəhərlənən adama qatıq verməyin - Baş toksikoloq
SAĞLAMLIQ
23:46 03.12.2022
881

Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir. 

Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir? 

AZXEBER.COM xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov oxu.az-a bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb:

"Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər - Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik”.

Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb:

"Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc