Zəhərlənən pambıqçıların vəziyyəti necədi? - AÇIQLAMA

Zəhərlənən pambıqçıların vəziyyəti necədi? - AÇIQLAMA
SOSİAL
10:45 20.06.2018
5714
İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasında hazırda 12 nəfər qalıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O qeyd edib ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir:
 
"Onların müalicə və müayinələri davam edir. Hələlik vəziyyətlərinin pisləşməsinin səbəbi bilinmir. Analizlərin nəticəsində hər şey aydın olacaq. Saatlı xəstəxanasından Bakıya gətirilən pambıqçılar da artıq evlərinə buraxılıb”.
OXŞAR XƏBƏRLƏR