14:06 Cümə, 06 Dekabr 2019
SOSİAL

Zəhərlənən tələbələrin səhhəti yaxşılaşdı - "Oxumaq üçün kitab istəyiblər"

11:38, 22.11.20196862
Zəhərlənən tələbələrin səhhəti yaxşılaşdı -
"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

AZXEBER.COM-un xəbərinə görə, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın yaydığı açıqlamada bildirilib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

"Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".
XƏBƏR LENTİ