"Zəhərlənənlər 3 universitetin tələbəsidir" - ADLARI

"Zəhərlənənlər 3 universitetin tələbəsidir" - ADLARI
SOSİAL
11:12 26.11.2019
3757
Xəzər universiteti 6 tələbənin zəhərlənməsi ilə bağlı açıqlama verib. 

AZXEBER.COM xəbər verir ki, qurumun ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Unikal.org-a açıqlamasında bildirib ki, zəhərlənən 6 tələbədən 3-ü Xəzər universiteti, 2-si Bakı Dövlət Universiteti, 1 nəfəri isə İqtisadiyyat Universitetin tələbəsi olub. 

"Hazırda həmin tələbələrin səhətləri normaldır və onlar evə buraxılıblar. Yalnız bir qız bu gün saat 14:00-da evə buraxılacaq. Zəhərlənən qızların heç birinin universitetlə əlaqəsi yoxdur. Yalnız evdəki mətbəxdən qaz sızması olub".

 Zəhərlənən tələbələrin adları:

Nazlı Qazıyeva - İqtisadiyyat Universiteti,
Aysun Osmanlı - Bakı Dövlət Universiteti,
Gülyetər Mahmudova - Bakı Dövlət Universiteti,
Nəzakət Heydərli – Xəzər Universiteti,
Aysun Rəcəbli - Xəzər Universiteti,
Ləman Salmanova - Xəzər Universiteti".
OXŞAR XƏBƏRLƏR