Zəhərlənmə “Tonqal” restoranı ilə QTA-nı üz-üzə qoydu

Zəhərlənmə “Tonqal” restoranı ilə QTA-nı üz-üzə qoydu
SOSİAL
11:31 16.08.2018
3671
Restoran rəsmisi: "Biz də xəbər gözləyirik..."

Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş vermiş kütləvi zəhərlənmə Qida Təhlükəsizliyi Agentliyi ilə restoran rəhbərliyini üz-üzə qoyub. Məlum hadisə avqustun 11-də qeydə alınıb. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Həmin açıqlamaya görə, 11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanıb. İlkin məlumata əsasən, axşam saat 20:00 radələrində "Tonqal" restoranında 2 ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla, 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə, hadisənin baş verdiyi "Tonqal" restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

AZXEBER.COM bildirir ki, "Yeni Müsavat"ın əməkdaşı məsələ ilə bağlı "Tonqal" restoranı ilə əlaqə saxlayıb. Restoran rəsmisi Fərhad Əsədullazadə deyib ki, zəhərlənmənin nədən baş verməsi haqda onlara məlumat verilməyib: "Bildiyim qədər restorandakı qidalardan götürülən analizlərin cavabı hazır deyil. Qida Təhülkəsizliyi Agentliyindən bizə deyiblər ki, analizlərin cavabı 1-2 günə hazır olacaq. Biz də xəbər gözləyirik. Bizdə 4 gündür ki, sanitar günlərdir, bütün profilaktik işlər görülür".

Fərhad Əsədullazadə deyib ki, hazırda cavabı gözləyirlər deyə özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər: "Həmin gün restoranda çoxlu müştəri olub. Sadəcə, 2 stolda əyləşənlərdə problem yarandığı deyilir.  Restoranda, ümumiyyətlə, köhnə nəsə olmur. Biz də araşdırırıq, ən çox bizə maraqlıdır ki, bu nə məsələdir".

Restoran rəsmisi QTA-nın zəhərlənmənin ətlə əlaqəli olması haqda açıqlaması ilə tanış olmadığını bildirdi: "Biz agentliyin mütəxəssislərinə istifadə etdiyimiz ətləri hansı ünvandan aldığımızı bildirmişik. Həmişə ət aldığımız məkandır. QTA mütəxəssisləri orada da yoxlamalar aparıblar. Həmin qəssabxana Binəqədidə yerləşir".

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılan, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır