Özəl təyyarə, milyonluq çiçəklər, gəmi səyahəti...Dünyanın ən bahalı toyu

MARAQLI
12:56 28.11.2023
236

Parisdə keçirilən toy dünya mediasında gündəm mövzusu olub.


AZXEBER.COM xəbər verir ki, amerikalı cütlük Madelin Brokvey və Ceykob Larqon Parisdə toy edib. Toyun məşq prosesi Paris Opera teatrında baş tutub. Toyda istifadə olunan güllərə bir milyon dollardan çox pul xərclənib.


Dünyaca məşhur "Maroon 5" qrupu toyda özəl konsert proqramı ilə çıxış edib. Mərasimdə iştirak edəcək qonaqlar özəl təyyarələrlə ABŞ-dən Parisə uçub. Toy 5 gün davam edib.


Cütlük toy axşamı Parisin bahalı "Le Grand Contrôle" otelində gecələyib. Orada bir gecənin qiyməti nömrədən asılı olaraq 2.400-14.200 dollar arasında dəyişir. Səhəri gün cütlük gəmi ilə səyahətə çıxıb.


Ümumi büdcəsinin 25 milyon dollardan çox olduğu bildirilən toyun, ünvanı məlum olmayan və bağçası Eyfelə baxan özəl bir iqamətgahda keçirildiyi deyilir.

 

Aysel

OXŞAR XƏBƏRLƏR