Parisdə keçirilən toy dünya mediasında gündəm mövzusu olub.
AZXEBER.COM xəbər verir ki, amerikalı cütlük
Madelin Brokvey və Ceykob Larqon Parisdə toy edib. Toyun məşq prosesi Paris
Opera teatrında baş tutub. Toyda istifadə olunan güllərə bir milyon dollardan çox
pul xərclənib.
Dünyaca məşhur "Maroon 5" qrupu toyda özəl
konsert proqramı ilə çıxış edib. Mərasimdə iştirak edəcək qonaqlar özəl təyyarələrlə
ABŞ-dən Parisə uçub. Toy 5 gün davam edib.
Cütlük toy axşamı Parisin bahalı "Le Grand
Contrôle" otelində gecələyib. Orada bir gecənin qiyməti nömrədən asılı
olaraq 2.400-14.200 dollar arasında dəyişir. Səhəri gün cütlük gəmi ilə səyahətə
çıxıb.
Ümumi büdcəsinin 25 milyon dollardan çox olduğu bildirilən toyun, ünvanı məlum olmayan və bağçası
Eyfelə baxan özəl bir iqamətgahda keçirildiyi deyilir.
Aysel