Zelenkinin Rusiya ilə bağlı təklifi qəbul edildi

Zelenkinin Rusiya ilə bağlı təklifi qəbul edildi
DÜNYA
00:43 22.11.2022
851
Zelenskinin Rusiya ilə bağlı diqqətçəkən istəyi olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Parlament Assambleyasının (NATO-PA) 68-ci Baş Assambleyasına videokonfrans vasitəsilə qatılan Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı müraciəti diqqət çəkib.

Rusiyanın infrastruktura hücumlarına diqqət çəkən Zelenski, "Milyonlarla insanın həyatını birbaşa təhlükə altına atan Rusiya qışda istilik, elektrik və su ehtiyaclarımızı kəsmək üçün enerji infrastrukturlarımıza hücum edir. Parlamentlərinizdə Rusiyanı terrorçu dövlət kimi tanımağınız düzgün olardı” - deyə öz istəyini bildirib.

Zelenski Ukraynadakı nüvə obyektlərinə potensial təhlükəli hücumun bütün xalqlara təsir edəcəyini və bunun qarşısının alınmasının hər kəsin marağında olduğunu da bildirib.

Zelenski Rusiyaya qarşı sanksiyaların davam etməsini tələb edib.

Qeyd edək ki, NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət elan edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR