Zelenski: "53 gündür bizə söz verilən silah yardımını gözləyirik"

Zelenski: "53 gündür bizə söz verilən silah yardımını gözləyirik"
DÜNYA
23:55 18.04.2022
1475
”Ruslar Ukrayna ərazilərini yer üzündən silmək istəyir”.

AZXEBER.COM xarici mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski rus ordusunun yeni planını açıqlayarkən deyib.

Zelenski bildirib ki, dünya Rusiya ordusunun ölkənin cənubundakı Xerson və Zaporojye vilayətlərindəki hərəkətlərinə reaksiya verməlidir.

Zelenski həmçinin rusların Ukraynanın ərazilərini yer üzündən silmək istədiklərini söyləyib:

"Mariupolu dağıtmağa davam edərkən sözün əsl mənasında Donbası da məhv etmək istəyirlər. Donetsk və Luqansk bölgələrini tamamilə  yer üzündən silmək istəyirlər”.

Zelenski davamlı bombardman altında olan Xarkov şəhərində son 4 gündə 18 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirib.

Onu da bildirək ki, Zelenski 53 gündür söz verilən silahları hələ də gözlədiklərini söyləyib:

"Artıq 53 gündür ki, bizə söz verilən silahları gözləyirik. Silahların verilməsində hər gecikmə, hər siyasi uzadılma Rusiyanın ukraynalıların həyatını almasına icazədir".
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR