Zelenski 6 humanitar yardım dəhlizi yaradacaqlarını bildirib.
AZXEBER.COM xəbər verir ki, Volodimir Zelenski "Telegram” kanalında yayımladığı videoda Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı açıqlamalar verib.
O bildirib ki, Kiyev, Sumi, Enerhodar, Mariupol, İzyum və Volnovaha şəhərlərindən dinc sakinlərin təxliyyəsi üçün 6 humanitar yardım dəhlizi yaradacaq.
Ukraynada mülki şəxslərin təxliyə prosesinə toxunan Zelenski deyib:
"Paytaxt Kiyev vilayətində və Sumi və Enerhodar şəhərlərində 3 humanitar yardım dəhlizi təşkil edə bildik. 35 minə yaxın insan xilas edilib. Sabah da davam edəcəyik. 6 humanitar yardım dəhlizi hazırlayırıq. İnsanları da ərazidən çıxaracağıq”.
Onu da qeyd edək ki, Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki doğum evinə hava hücumu təşkil etdiyinə diqqət çəkən Zelenski hücumda 17 nəfərin yaralandığını bildirib.