Zelenski ABŞ və Avropaya silah ixracı şərtlərini açıqlayıb

Zelenski ABŞ və Avropaya silah ixracı şərtlərini açıqlayıb
DÜNYA
05:13 09.10.2025
355
"Qərb bu texnologiyaları qoruyarsa, Ukrayna ABŞ və Avropa ölkələrinə silah ixrac etməyə hazırdır".

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.

Zelenski bu barədə Ukrayna və beynəlxalq investisiya fondlarının, eləcə də biznes assosiasiyalarının rəhbərləri ilə görüşündən sonra açıqlama verib:

"Biz həmçinin Avropada, ABŞ-da və digər ölkələrdə silah ixracı platformaları açmağa hazırıq, bir şərtlə ki, texnologiyalarımıza nəzarət olunsun və qorunsun. Kiyev Ukraynaya dəstəyin davam etdiriləcəyinə ümid edir".
OXŞAR XƏBƏRLƏR