Ukrayna prezidenti Vladimir Zelenski Bundestaqda çıxışı zamanı Almaniya hakimiyyətini Ukraynaya yardımı gecikdirdiyinə və Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirdiyinə görə qınayıb.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, onun çıxışının mətni Ukrayna Prezident Aparatının saytında dərc olunub.
"Biz sizdən Ukraynanın NATO-ya üzv olmağı, təhlükəsizlik zəmanətləri almağı üçün nə etməli olduğunu soruşduqda, cavabında belə eşitdik: "Hələlik masada qərar yoxdur və yaxın gələcəkdə də olmayacaq. İndi də Ukraynanın Avropa İttifaqına qoşulması məsələsini gecikdirirsiniz. Düzünü desəm, bəziləri üçün bu, siyasətdir. Əslində, isə günahsız insanlarımız ölür".
Zelenski Almaniya hakimiyyətini də qınayıb:
"Biz qabaqlayıcı sanksiyalar istəyəndə Avropaya üz tutduq, bir çox ölkələrə üz tutduq. Sizə üz tutduq. Sanksiyalar elədir ki, təcavüzkar sizin güclü olduğunuzu hiss edir. Biz gecikmə gördük. Müqavimət hiss etdik. İstədiyinizi başa düşdük, iqtisadiyyatınızı davam etdirmək istəyirsiniz".
Eyni zamanda, Ukrayna prezidenti "əxlaqı və insanlığı mühasibatlıqdan, iqtisadiyyatdan üstün tutan” alman biznes və siyasətçilərinə də minnətdarlığını bildirib.
Mikayıl