Zelenski: Avropa Rusiyaya qarşı müharibədə yol ayrıcındadır

Zelenski: Avropa Rusiyaya qarşı müharibədə yol ayrıcındadır
DÜNYA
18:09 07.06.2024
180
"Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa artıq sülh qitəsi deyil".

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxışında deyib.

"Putin bu döyüşdə qalib gələ bilərmi? Xeyr, çünki uduzmağa haqqımız yoxdur. Bu döyüşdə qalib gələ bilərikmi? Bəli, mən buna əminəm", - deyə Zelenski vurğulayıb.

Prezident Zelenski Avropanın Rusiyaya qarşı müharibədə yol ayrıcında olduğunu bildirib. "Biz indi tarix yaza biləcəyimiz andayıq. Lakin eyni zamanda biz tarixin qurbanı ola bilərik", - deyə xəbərdarlıq edib.

"Vladimir Putinin müdafiə etdiyi şey qardaşlığın və azadlığın əksidir və bununla da Avropanın əksidir", - o qeyd edib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR