Ukrayna prezidenti Volodimir Zelenski hələ də ABŞ ilə mədən sazişini imzalamağa hazır olduğunu bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Qərb liderləri ilə Londonda keçirilən sammitdən sonra BBC-yə danışan Zelenski Donald Trampla keçən həftəki gərgin görüşdən sonra hələ də ABŞ ilə mədən sazişi imzalamağa hazır olduğunu "konstruktiv dialoqa” can atdığını bildirib.
Böyük Britaniyanın baş naziri Keir Starmer bazar günü keçirilən sammitdən sonra bildirib ki, liderlər Ukraynada sülhə nail olmaq üçün dörd mərhələli plan üzrə razılığa gəliblər, eyni zamanda Ukraynaya 5000-dən çox hava hücumundan müdafiə raketi almaq üçün Böyük Britaniyanın ixrac maliyyələşdirməsində 1,6 milyard funt-sterlinq (2 milyard dollar) istifadə etməyə icazə verib.
Gülay