Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsinə Ukrayna üçün mühüm təhlükəsizlik qələbəsi aparacaqlarını bəyan edib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində keçirilən ilk Ukrayna-NATO Şurasının iclasından sonra danışıb.
Zelenski açıqlamasında "Biz G7 ölkələri və əsas tərəfdaşlarımızla ikitərəfli və çoxtərəfli razılaşmalar vasitəsilə genişləndiriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində razılaşdıq. Ukrayna nümayəndə heyəti Ukrayna üçün, ölkəmiz, xalqımız, uşaqlarımız üçün mühüm təhlükəsizlik qələbəsini vətənə aparır. Bu, bizim üçün yeni təhlükəsizlik imkanları açır”, - deyə bildirib.
Qeyd edək ki, NATO ilə Ukrayna arasında münasibətləri növbəti səviyyəyə çıxarmaq üçün yaradılan NATO-Ukrayna Şurası tarixində ilk dəfə toplanıb. Şuranın ilk iclası dövlət və hökumət başçıları səviyyəsində keçirilib.
Ayşən