Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.
Bu barədə Zelenski "X” platformasındakı paylaşımında bildirib.
Bildirilib ki, onlar əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Ukraynanın müdafiə istehsalına investisiyaları müzakirə edib.
"Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsi, briqadaların təliminin təkmilləşdirilməsi, 100 illik Ukrayna-Böyük Britaniya tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə etdik”- Zelenski qeyd edib.
///apa