Zelenski Britanya Baş naziri ilə Ukraynanın müdafiəsini müzakirə edib

SİYASƏT
19:25 23.12.2024
158
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.

Bu barədə Zelenski "X” platformasındakı paylaşımında bildirib.

Bildirilib ki, onlar əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Ukraynanın müdafiə istehsalına investisiyaları müzakirə edib.

"Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsi, briqadaların təliminin təkmilləşdirilməsi, 100 illik Ukrayna-Böyük Britaniya tərəfdaşlıq sazişinin hazırlanmasını müzakirə etdik”- Zelenski qeyd edib.
 
///apa

OXŞAR XƏBƏRLƏR