Zelenski Davosa səsləndi: "Ukraynanın yenidən qurulması üçün kömək lazımdır"

Zelenski Davosa səsləndi: "Ukraynanın yenidən qurulması üçün kömək lazımdır"
DÜNYA
22:54 27.05.2022
454
Volodimir Zelenski yarım trilyon dollar itkilərinin olduğunu açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanı tərk edən qlobal şirkətləri Ukraynaya dəvət edən Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin yenidən qurulması üçün böyük səylərə ehtiyac olduğunu bildirib.

Davos Sammiti kimi tanınan Dünya İqtisadi Forumunun xüsusi sessiyasında videokonfrans vasitəsilə iştirakçılara müraciət edən Ukrayna Prezidenti Volodimir Zelenski "Rusiyanı tərk edən istənilən şirkət Ukrayna bazarına daxil ola bilər, şirkətlər bundan tam şəkildə faydalanacaqlar”, - deyə bildirib.

Zelenski WEF-in qurucu prezidenti Klaus Şvabın moderatorluğu ilə keçirilən sessiyada Rusiyaya qarşı sanksiyaların yetərli olmadığını vurğulayıb. Zelenski Rusiya nefti, bankları və informasiya texnologiyaları sektoruna qarşı maksimum sanksiyalar tələb edib.

Ölkəsini yenidən qurmaq üçün böyük səylərə ehtiyac olduğunu bildirən Zelenski yarım trilyon dollar itkilərinin olduğunu bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR