Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib

Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
DÜNYA
17:42 17.03.2026
218
Ukrayna Prezidenti Volodimir Zelenski "Drujba” neft kəməri vasitəsilə neft nəqlinin bərpasına bir ay yarım vaxt çəkəcəyini bildirib.

"Evropeyskaya Pravda” xəbər verir ki, bu barədə Ukrayna lideri Avropa İttifaqının (Aİ) rəhbərliyinə bu gün ünvanladığı məktubunda bildirib.

Məktubda Zelenski bildirib ki, "Drujba” kəmərinin infrastrukturuna dəyən ziyan kifayət qədər ciddi olub və Brod stansiyasının tam dayandırılması neft kəmərində kifayət qədər təzyiqin təmin edilməsinə və təhlükəsiz tranzitin həyata keçirilməsinə imkan vermir.

Prezident vurğulayıb ki, Ukraynanın "Drujba” vasitəsilə neft tranzitini qəsdən bloklaması iddiaları əsassızdır.

Qeyd edək ki, Aİ Ukraynaya "Drujba” neft kəmərini işə salmaq üçün texniki dəstək və maliyyə yardımı təklif edib və Ukrayna tərəfi təklifi qəbul edib.
OXŞAR XƏBƏRLƏR