Zelenski Ərazi Müdafiə Qüvvələrinin komandanını vəzifəsindən azad etdi

Zelenski Ərazi Müdafiə Qüvvələrinin komandanını vəzifəsindən azad etdi
DÜNYA
09:47 16.05.2022
268
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanını dəyişib.

AZXEBER.COM "Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında yerləşdirilmiş prezidentin müvafiq sərəncamlarında deyilir.

Prezidentin fərmanı ilə Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib və bu vəzifəyə general-mayor İqor Tantsura təyin edilib.

Xatırladaq ki, Qaluşkin bu vəzifəyə bu il yanvarın 1-də təyin edilib.

General-mayor İqor Tantsura əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini, daha əvvəl isə Baş Qərargah rəisi olub. 2013-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 169-cu təlim mərkəzinin rəisi olub.

İqor Tantsura 2013-cü ildə general-mayor rütbəsi alıb.

2 may 2022-ci ildə Zelenski onu Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi cəsarət və fədakar fəaliyyətə, hərbi anda sadiqliyinə görə III dərəcəli Boqdan Xmelnitski ordeni ilə təltif edib.
OXŞAR XƏBƏRLƏR