Zelenski: "Əsgərlərimiz Rusiya ordusuna ciddi itkilər verir"

Zelenski:  "Əsgərlərimiz Rusiya ordusuna ciddi itkilər verir"
DÜNYA
11:28 17.05.2024
126
Zelenski Rusiyanın 14 yaşayış məntəqəsini ələ keçirdiyi bölgədə görüş keçirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusunun son günlər hücumlarını intensivləşdirdiyi Xarkov vilayətinə Ukrayna Prezidenti Volodimir Zelenski səfər edib.

Səfəri ilə bağlı "Telegram”da açıqlama verən Zelenski yüksək səviyyəli liderlərlə görüş keçirdiyini bildirib.

Zelenski açıqlamasında deyib: 

"Bu gündən etibarən Xarkovda vəziyyət ümumilikdə nəzarət altındadır. Əsgərlərimiz işğalçılara ciddi itkilər verir".

Zelenski Xarkovda vəziyyətin son dərəcə çətin olaraq qaldığını da etiraf edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR