Zelenski İrlandiya və ABŞ-yə səfər edəcək

Zelenski İrlandiya və ABŞ-yə səfər edəcək
DÜNYA
19:34 27.02.2025
758
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün İrlandiyaya səfər edəcək, oradan isə ABŞ-yə yola düşəcək.

Bu barədə "The Guardian” İrlandiyanın Avropa və müdafiə üzrə dövlət naziri Tomas Birnə istinadən yazıb.

Nəşrin məlumatına görə, Zelenski Belfast səfərini ləğv edən İrlandiya Nazirlər Şurasının sədri Maykl Martinlə görüşəcək.

"İrlandiya Aİ-dən olan tərəfdaşlarımızla birlikdə Ukraynanın şərtləri əsasında BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə qlobal dəstəyi artırmağa davam edəcək”, - dövlət naziri bildirib.
OXŞAR XƏBƏRLƏR