Zelenski İstanbul görüşü haqda danışdı: Bu pis deyil

Zelenski İstanbul görüşü haqda danışdı: Bu pis deyil
DÜNYA
14:07 28.03.2022
318
Zelenski Türkiyədə keçiriləcək danışıqlarla bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçiriləcək danışıqlara toxunub.

Zelenski verdiyi açıqlamada danışıqların Türkiyədə olacağına diqqət çəkib, həmçinin bununla bağlı bəzi açıqlamalar verib:

"Qarşıda yeni danışıqlar mərhələsi var. Mənə verilən məlumata görə, Türkiyədə üzbəüz görüşlər olacaq. Bu pis deyil. Nəticəni görəcəyik. Danışıqlarda prioritetlərimiz məlumdur. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhəsizdir. Effektiv təhlükəsizlik təminatları dövlətimiz üçün imperativdir. Məqsədimiz bəllidir. Ən qısa zamanda dövlətimizdə normal həyat davam edəcək".

Zelenski Rusiyanın işğalı altında olan şəhərlərdə müqavimət göstərən Ukrayna xalqına təşəkkürünü bildirib:

"Xerson, Kaxovka, Slavutitik və digər şəhərlərdə işğalçılara müqavimətini dayandırmayan xalqımıza bir daha təşəkkür edirəm. Eyni zamanda rus qoşunları ilə daim əməkdaşlıq etməyə çalışan axmaqlara tərk olunduqlarını xatırlatmaq istəyirəm”.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR