“Zelenski kişi kimi kişidir” - "Mimino"nun qəhrəmanı

“Zelenski kişi kimi kişidir” - "Mimino"nun qəhrəmanı
DÜNYA
19:47 28.02.2022
452
Gürcüstanın Xalq artisti, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze Ukraynadakı hərbi əməliyyatlardan danışıb.

Sənətçi videomüraciətini lentə alaraq instaqram sosial şəbəkəsində yerləşdirib.

V.Kikabidze ukraynalıları özünün sevimli və əziz dostları adlandırıb, gürcülərin onları çox sevdiyini vurğulayıb:

"İndi başınıza gələn bütün çirkin şeylərdən narahatıq, amma Allah sizin tərəfinizdədir, çünki siz vətəninizi müdafiə edirsiniz. Bu, qəhrəmanlıqdır, asan deyil".

Müğənni hər şeyin yaxşı olacağına əmin olduğunu bildirib: "Prezidentiniz (Volodimir Zelenski- red) haqqında daha iki söz demək istəyirəm - o, gözəl, gənc, istedadlı, ağıllıdır. Kişi kimi kişidir, ona xidmət edin. Mən şəxsən ukraynalıyam!"
 
///olay
OXŞAR XƏBƏRLƏR