Zelenski: “Müharibə bitməlidir”

Zelenski: “Müharibə bitməlidir”
DÜNYA
15:03 19.03.2022
350
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə son qoymağın vaxtının çatdığını deyib.

O, videomüraciətində bildirib ki, əks halda Rusiyanın itkiləri o qədər olacaq ki, onun dirçəlməsi üçün bir neçə nəsil kifayət etməyəcək.

"Ukrayna üçün mənalı sülh və təhlükəsizlik danışıqları Rusiyanın öz səhvləri səbəbindən vurduğu zərəri azaltmaq üçün yeganə şansdır”, - Zelenski deyib.

"Görüş vaxtı yetişib. Danışmaq vaxtıdır. Ukrayna üçün ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır”, - deyə o vurğulayıb.

"Müharibəyə son qoyulmalıdır. Ukraynanın təklifləri masadadır”, - deyə Ukrayna lideri vurğulayıb.

O həmçinin qeyd edib ki, yaxın günlərdə dünya xalqlarına Ukrayna üçün sülh çağırışı ilə müraciətə davam edəcək:

"Qarşıda mənim isveçrəlilərə, xalqa və dövlətə müraciətim var. İsrail, İtaliya və Yaponiyaya da müraciətlər nəzərdə tutulub”.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR