Zelenski NATO-ya yardımla bağlı çağırış etdi

Zelenski NATO-ya yardımla bağlı çağırış etdi
DÜNYA
20:10 29.06.2022
313
Ukrayna və NATO eyni məqsədləri bölüşür.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madrid Sammitində videoformatda çıxışı zamanı deyib.

"Bizim də sizinlə eyni məqsədlərimiz var: Avropada və dünyada sabitlik. Buna görə də bu hücuma ləyaqətlə cavab vermək üçün bizə köməklə bağlı sizdən dəstək istəyirik. Bütün Atlantik cəmiyyəti vahid cəbhə yaratmalıdır.

Bu, Ukraynaya qarşı müharibə deyil. Bu, Avropada yeni qaydalar yaratmaq və yeni dünya nizamını təmin etmək üçün aparılan müharibədir”, - Ukrayna lideri əlavə edib.

Zelenski ölkəsinin müharibədə ehtiyacı olduğu silahlar barədə də danışıb.

Ukrayna Prezidenti qeyd edib ki, dinc sakinləri Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün Ukraynanın müasir raketlərə və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var:

"Onları bizə verməklə, siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhalini qorxutmaq taktikasını tamamilə poza bilərsiniz. Bu, əsas məqamdır. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə edilən raketlərin məsafəsindən azdır. Tərəfdaşların köməyi olmadan dövlət belə bir təhlükəyə necə cavab verə bilər? Siz bu yardımı bizə edə bilərsiniz. Bizim, həmçinin daha çox artilleriyaya ehtiyacımız var”.

Zelenski Ukraynanı təkcə silahla deyil, həm də Rusiyaya qarşı maliyyə və sanksiyalarla dəstəkləməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib