Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların martın əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Bu barədə "RBK-Ukraine” məlumat yayıb.
"Görüş bizim fikrimizcə, martın əvvəlində olacaq”, - Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək.
"İlk mövzu - Ukraynanın bərpası paketidir, onun detalları müzakirə ediləcək. İkinci mövzu - üçtərəfli görüşün hazırlanmasıdır. Üçüncü mövzu isə mübadilədir. Umerov mübadilə detalları haqqında danışacaq”, - Zelenski qeyd edib.










































