Zelenski: Qismən atəşkəs geriyə doğru addımdır

Zelenski: Qismən atəşkəs geriyə doğru addımdır
DÜNYA
23:10 20.03.2025
381
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.

Bunu o, Norveçin baş naziri Jonas Gahr Store ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna və Amerika rəsmilərinin Ciddə görüşündə ABŞ tam atəşkəs təklif edib, Ukrayna isə daha real addım kimi havada və dənizdə atəşkəsin əldə olunmasında israr edib:

"Biz dərhal reaksiya verdik, çünki bu, Ukrayna nümayəndə heyətinin görüşə getdiyi gündəmdəki dəyişiklikdir. Mən təsdiqlədim: biz müharibənin sona çatması istiqamətində irəliləməyə hazırıq”.

Lakin Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra yenidən qismən atəşkəs barədə söhbətlər başlayıb: "Bu geriyə doğru bir addımdır. Biz irəliyə doğru addımlar atmağa hazırıq, lakin geriyə getmək demək olan kompromislərə hazır deyilik”.
 
//Report
OXŞAR XƏBƏRLƏR