Zelenski "Qremmi"də təsirli çıxış etdi: “Mənim bir arzum var...”- VİDEO

Zelenski "Qremmi"də təsirli çıxış etdi: “Mənim bir arzum var...”- VİDEO
DÜNYA
11:37 04.04.2022
501
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən 64-cü Qremmi Musiqi Mükafatları mərasimində video ilə çıxış edib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, ölkə başçısının çıxışından tezisləri CNN telekanalı yayımlayıb.

Mərasimdə Rusiyanın hücumlarının ölkəsində musiqini susdurduğunu ifadə edən Zelenski, "Musiqiçilərimiz smokinq əvəzinə gülləkeçirməz jilet geyinirlər. Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Bizə bacardığınız qədər dəstək olun, amma susmayın.", - deyə Zelenski bildirib.

Ukrayna lideri gec-tez qalib gələcəklərini və Ukrayna şəhərlərinə sülhün qayıdacağını bildirib.

O qeyd edib ki, 400-dən çox uşaq yaralanıb, 153 uşaq həlak olub.

Zelenskinin çıxışından sonra müğənni Con Legend ukraynalı sənətçilər Mika Nyuton, Lyuba Yakimçuk və Siuzanna İgidanla birlikdə səhnəyə çıxaraq "Free” mahnısını ifa edib.


OXŞAR XƏBƏRLƏR