Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir

Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir
DÜNYA
13:52 02.10.2025
217
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

O, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində bu barədə danışıb.

"Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir. Rusiya artıq sanksiyaya məruz qalmış tankerlərdən belə istifadə edir. Kölgə donanmasının kapitanlarına və bu tankerlərin sahibi olan şirkətlərə sanksiyalar tətbiq edilməlidir” , - Zelenski vurğulayıb.

Ukrayna lideri Ukraynanın təhlükəsizlik zəmanətləri barədə danışarkən, bu zəmanətlərin bütün Avropa ölkələrinə verilməli olduğunu bildirib .

"Ukrayna dronlarla mübazriədə öz təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır”, - Zelenski çıxışında bəyan edib.
 
apa
OXŞAR XƏBƏRLƏR