Ukrayna prezidenti Zelenski Rusiyanın Şimali Koreya əsgərlərinin varlığını gizlətməyə çalışdığını və ölən əsgərlərin üzlərinin yandırıldığını iddia edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Zelenski Rusiyanın Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərlərinin varlığını gizlətməyə çalışdığını bəyan edib və ölən Şimali Koreya əsgərlərinin üzlərinin yandırıldığını iddia edib. Zelenski Şimali Koreya əsgərlərinin cəbhədəki görüntülərini də paylaşıb.
Zelenski, sosial media platformasındakı yazısında "O, video sübutları silməyə çalışdı. İndi döyüşçülərimizlə ilk toqquşmalardan sonra ruslar sözün əsl mənasında öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmağa çalışırlar. Bu, hazırda Rusiyada geniş yayılmış hörmətsizliyin və insani dəyərlərə hörmətsizliyin göstəricisidir" deyə bildirib.
Gülay