Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun müharibə başlayandan bəri ölkəsinə qarşı ən intensiv pilotsuz təyyarə hücumunu həyata keçirdiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən zəbər veirr ki, prezident Telegram hesabından verdiyi yazılı açıqlamada rusların bu gecə Ukraynanın müxtəlif bölgələrinə raket və PUA hücumları həyata keçirdiyini bildirib.
Hücumlarda 9 raket və 355 PUA-dan istifadə edildiyini qeyd edən Zelenski, "Rusiya ordusu genişmiqyaslı müharibə başlayandan bəri şəhər və yaşayış məntəqələrimizə qarşı ən çox sayda pilotsuz uçuş aparatı istifadə etdi” deyə bildirib.
Mülki infrastrukturların hədəf alındığını deyən Zelenski yaralananların olduğunu da bildirib.
Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı sanksiyaların artırılması çağırışını təkrarlayıb və qeyd edib ki, ruslar son üç gecə ərzində intensiv hava hücumları həyata keçirməyə davam edir.
"Putin ona təzyiq etməkdənsə, "dialoqa” cəhd edən dünyaya nə qədər nifrət etdiyini göstərir” deyə Zelenski bildirib.
Gülay