Zelenski: Rusiyanın Xarkova hücumunda doğum evi də hədəf alınıb

Zelenski: Rusiyanın Xarkova hücumunda doğum evi də hədəf alınıb
DÜNYA
16:05 11.07.2025
289
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya hərbçilərinin Xarkova endirdiyi aviazərbədə doğum evinin hədəf olduğunu, içəridə olan bir neçə nəfər yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zelenski öz sosial media hesabında ruslar bu gün ölkəsinə pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirdiyini qeyd edib.

Xarkovdakı hücumda 9 nəfərin yaralandığını bildirən Zelenski, doğum evinin də hədəf alındığını, orada "bir neçə nəfərin” yaralandığını bildirib.

Zelenski mesajında ​​"Yaralananlar arasında doğum evində olan qadınlar da var. Doğuş edən və əməliyyat olunan qadınlar var" deyə bildirib.

Zelenski həmçinin Rusiya ordusunun Odessa, Sumı, Nikolayev və Dnepropetrovsk vilayətlərinə də hücumlar təşkil etdiyini qeyd edərək, "Ruslar davamlı olaraq pilotsuz təyyarələr, raketlər və hava bombaları ilə hücum edir" deyə əlavə edib.

Ukrayna Silahlı Qüvvələrindən verilən yazılı açıqlamaya görə, ruslar ümumilikdə 79 pilotsuz təyyarə ilə ölkəyə hücum edib.

Açıqlamada Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 44 pilotsuz təyyarənin məhv edildiyi və ya yönləndirilərək zərərsizləşdirildiyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR