“Zelenski Rusiyaya qarşı koalisiyanı gücləndirmək istəyir”

“Zelenski Rusiyaya qarşı koalisiyanı gücləndirmək istəyir”
DÜNYA
14:09 11.03.2026
255
Ukrayna prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Kaylin Robertsona verdiyi müsahibədə qlobal təhlükəsizlik sisteminin çökmək üzrə olduğunu və dünyanın Üçüncü Dünya müharibəsi astanasında dayandığını bildirib.

Zelenski qeyd edib ki, Rusiya ilə İran arasında hərbi əməkdaşlıq daha təhlükəli mərhələyə keçib və Moskva Tehrana dəstək üçün qoşun göndərə bilər. Onun sözlərinə görə, Şimali Koreyanın Rusiyaya 10 min əsgər göndərməsi artıq presedent yaradıb. O bildirib ki, Rusiyanın eyni addımı İran üçün də atması mümkündür.

Siyasi şərhçi Rusif Məmmədsoy AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda Üçüncü Dünya savaşını izləməkdəyik.

"Zelenskinin dediklərində həqiqət payı böyükdür. Hətta hazırda Üçüncü Dünya savaşını izləməkdəyik. Xüsusilə, Rusiya-Ukrayna müharibəsində baş verən qlobal qarşıdurma və ABŞ-İsrail birliyinin İrana qarşı başlatdığı hücum dünya təhlükəsizlik arxitekturasının sarsılması deməkdir. Yeni dünya nizamı qurulub. Görünən odur ki, bu dünya nizamında beynəlxalq hüquq sıradan çıxıb və kim güclüdürsə, o qaliblər sırasına adını yazdıracaq. Masanın üstündə olmaq istəyənlərin mübarizəsini görməkdəyik”.


O qeyd edib ki, Zelenski Rusiyaya qarşı koalisiyanı gücləndirmək istəyir:

"Zelenski bu açıqlaması ilə Rusiyanın atdığı addımları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyir. Beləliklə, Rusiyaya qarşı koalisiyanı gücləndirmək niyyətindədir. Çünki Donald Tramp dönəmində Ukraynaya dəstək demokratlardan fərqli olaraq xeyli azaldı. Zelenski və ətrafındakı koalisiya bunu qəbul etmək niyyətində deyil. Ukrayna heç bir halda ərazi güzəştinə getmək istəmir. Zelenski Amerikaya demək istəyir ki, siz İrana qarşı savaşırsınız və Rusiya isə sizə qarşı savaşmaq üçün İrana hərbçi göndərə bilər. Zelenski bununla bütün diqqətləri Rusiyanın üzərinə 
yönləndirir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR