Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib

Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib
DÜNYA
18:11 06.07.2025
785
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, Ukrayna Prezidenti bu barədə "Telegram” kanalında paylaşım edib.

Volodimir Zelenski qeyd edib ki, bu paket əvvəlkilərdən fərqli olaraq "xüsusi” xarakter daşıyır və əsasən Rusiya Federasiyasının maliyyə sxemlərini, o cümlədən kriptovalyuta əməliyyatlarını hədəfə alır: "Söhbət bir çox rus maliyyə sxemlərinə, xüsusilə də kriptovalyuta əməliyyatlarına yönəlmiş xüsusi sanksiyalardan gedir. Bu sanksiyalar Ukrayna Milli Bankının təqdimatı əsasında hazırlanıb”.

Ukrayna Prezidenti bildirib ki, bu sanksiya paketi Ukraynanın beynəlxalq tərəfdaşları ilə tam şəkildə sinxronlaşdırılıb: "Rusiya sanksiyalar siyahısına daxil edilmiş bir şirkət vasitəsilə milyardlarla dollar vəsaiti əsasən hərbi və sənaye ehtiyacları üçün köçürüb. Təbii ki, bu sxemlərin hamısını dayandıracağıq. Hazırda Rusiyanın bir çox ənənəvi maliyyə kanalları bağlandığı üçün onlar kriptovalyuta hesablaşmalarına keçirlər”.

Yeni sanksiyalar 60 şirkət və 73 fiziki şəxsi əhatə edir

Zelenski nəzərə çatdırıb ki, yeni sanksiyalar paketinə 60 hüquqi şəxs, o cümlədən Rusiya vətəndaşları olan 73 fiziki şəxs daxildir: "Bu hüquqi şəxslərlə bağlı biz tərəfdaşlarımızla birlikdə işləyəcəyik ki, sanksiyaları sinxronlaşdıraq. Yəni bizim sanksiyalarla Avropa İttifaqının , bizim və dünyanın digər əhəmiyyətli yurisdiksiyalarının tədbirləri arasında uyğunluq yaradaq”.

Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etməkdir

Zelenski vurğulayıb ki, asan olmasa da, ümumi məqsəd aydındır: "Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etmək və onun hərbi-sənaye potensialını maksimum dərəcədə məhdudlaşdırmaqdır. Sanksiyalar artıq Rusiyanı gələcəkdən məhrum edir və onun sisteminin gündəlik fəaliyyətini ciddi şəkildə çətinləşdirməlidir,”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır