Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Şarl Mişel ilə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya maliyyə dəstəyi məsələlərini müzakirə edib.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində yazıb.
"Növbəti beynəlxalq danışıqlar. Biz Avropa Şurasının Prezidenti ilə Ukraynaya maliyyə dəstəyinin artırılması və Rusiya Federasiyasına sanksiya təzyiqini müzakirə etdik. Aİ-yə üzvlüklə bağlı gələcək danışıqlar prosesinə xüsusi diqqət yetirilib", - deyə Ukrayna Prezidenti bildirib.