Zelenski: Şimali Koreya işğalda olan ərazilərimizdə Rusiya hərbçilərinə təlim keçir

DÜNYA
20:23 17.10.2024
144
Şimali Koreyalı zabitlər ölkəmizin müvəqqəti işğalda olan ərazilərinizdə Rusiya hərbçilərinə təlim keçir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, tərəfdaşlar Qələbə planını dəstəkləməsə vəziyyət daha da mürəkkəbləşəcək:

"Bütün tərəfdaşlarımız Sülh Samitində Rusiyanın da iştirak etməsini istəyir. Buna görə də biz mövqelərimizi gücləndirməliyik. Ukraynanın bilavasitə Avrozonanın təhlükəsizliyi üçün önəmli olduğunu düşünürsünüzsə, bilməlisiniz ki, NATO-ya üzv olmaq heç də bizim üçün "qırmızı xətt” demək deyil”.
OXŞAR XƏBƏRLƏR