Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyaya səfər edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
Zelenski qeyd edib ki, o, bu ölkəyə səfəri çərçivəsində Slovakiya Prezidenti Zuzana Çaputova, Baş nazir Ludovit Odor və Milli Şuranın spikeri Boris Kollarla vacib görüşlər keçirəcək.
"Etibarlı qonşumuzla biz konkret müdafiə dəstəyindən və Ukraynanın Avro-Atlantik inteqrasiyasından, NATO Sammiti və Sülh Formulundan, eyni zamanda ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi barədə müzakirələr aparacağıq", - Zelenski qeyd edib.