Zelenski: Tramp Ukraynanın qalib gəlməyini istəyir

Zelenski: Tramp Ukraynanın qalib gəlməyini istəyir
DÜNYA
19:10 26.09.2025
216
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə layiq olduğundan daha çox güzəştə getdiyini deyib.

"Düşünürəm ki, Prezident Tramp Putinə laqyiq olduğundan daha çox şey verib. Çünki Putin sevinirdi. Rusiyanın beynəlxalq təcridə məruz qaldığı bir vaxtda Prezident Trampla görüşmək onun üçün bir xəyal idi və o, buna çatdı. Düşünürəm ki, Putinə sadəcə Trampla birgə görüşün görüntüsü lazım idi. Putinin üçtərəfli görüş üçün heç bir niyyəti olmayıb”, - Zelenski qeyd edib.

Ukrayna lideri jurnalistin "Düşünürsünüz ki, Prezident Tramp Ukraynanın qalib gəlməyini istəyir?” sualına "Bəli” cavabını verib.

"Düşünürəm ki, Tramp Putinin ona uğur gətirməyəcəyini başa düşüb. Amerika cəmiyyəti Putinə güvənmir, hörmət etmir və onun müharibəni bitirmək istəmədiyini düşünür. Cəmiyyətin dəstəyi isə Prezident Tramp üçün vacibdir”, - Ukrayna Prezidenti jurnalistin "Tramp sizə əvvəllər əlinizdə kart yoxdur deyirdi. Bəs indi nə dəyişdi?” sualına cavabında qeyd edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR