Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X” hesabında yazıb.
Onun sözlərinə görə, hərbçilər Ukrayna ordusu və Milli Qvardiyanın əsgərləridir.
Zelenski 10 hərbçinin Rusiya ilə əsir mübadiləsi çərçivəsində Belarus vasitəsilə ölkəyə gətirildiyini qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
///apa.az///











































