Zelenski: “Ukrayna NATO üzvü olsaydı belə, yenə də “müstəqillik uğrunda döyüş” olardı”

Zelenski: “Ukrayna NATO üzvü olsaydı belə, yenə də “müstəqillik uğrunda döyüş” olardı”
DÜNYA
15:31 11.06.2022
296
"Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də "Ukraynanın müstəqilliyi uğrunda döyüş” baş verərdi, lakin bu, başqa mənzərədə olardı”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın aparıcı universitetlərinin tələbə icması ilə söhbəti zamanı deyib.

Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətləri və Ukraynadan fərqli olaraq bu müraciətlərin tez bir zamanda cavab almasına dair suala cavabında Zelenski Finlandiya və İsveç üçün çox sevindiyini bildirib.

"Düşünürəm ki, bu, çox düzgün seçimdir. Təəssüf ki, bu seçim Ukraynada müharibənin başlamasına görə oldu. Amma hesab edirəm ki, müharibə bu kimi çox hörmətli ölkələrin, onların liderlərinin və ən əsası da onların cəmiyyətinin belə qərarlar almasına səbəb oldu”, - deyə Zelenski qeyd edib.

"Ukrayna bunu (NATO-ya daxil olmaq. - red.) işğaldan əvvəl istəyirdi. Ukrayna bunu hələ 2014-cü ildə müharibə başlamazdan əvvəl istəyirdi... Mən nə hiss edirəm? Sizə yalnız bir şeyi deyə bilərəm: "bu və ya digər uğursuz addımlara görə bu addımları atanlar nəsə hiss etməlidirlər. Mən hiss edirəm ki, müəyyən qurumların vaxtında verdiyi düzgün qərarları tariximizin bu qanlı hissəsində müharibə nəticəsində həlak olan çox sayda insanın sağ qalmasına səbəb ola bilərdi”, - deyə Zelenski vurğulayıb.

Onun fikrincə, Ukrayna Alyansın üzvü olsaydı belə, yenə də onun müstəqilliyi uğrunda döyüş gedərdi.

"Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də "Ukraynanın müstəqilliyi uğrunda döyüş” baş verərdi. Ancaq mənzərə başqa cür olardı. Mən belə düşünürəm. Bu qədər itkilər olmazdı, Rusiya tərəfindən hansısa kiçik hərbi münaqişə və ya təxribatlar, onların fikir ayrılığı və s. olardı, ancaq hesab edirəm ki, biz daha çox insanın həyatını xilas edə bilərdik”, - deyə dövlət rəhbəri qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib