Zelenski: Ukrayna ordusunu gələn il üçün hazırlayırıq

Zelenski: Ukrayna ordusunu gələn il üçün hazırlayırıq
DÜNYA
10:16 28.12.2022
191
 Zelenski xalqa müraciət edib.
 
AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətlə xalqa müraciət edib.
 
Müraciət zamanı ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı dəyərləndirmələr edib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Ukrayna prezidenti Vladimir Zelenski ordunu gələn il üçün hazırlamağa davam etdiklərini bildirib.

 
Zelenski bildirib ki, onlar bu gün müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşərək cəbhədəki son vəziyyəti müzakirə ediblər. Ordunun gələn il hazırlıqları barədə danışdıqlarını deyən Zelenski, Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam etdiklərini, bu ilin həlledici olması haqda fikirlərini bildirib.
 
Zelenski Ukrayna ordusunun bütün fəsillərə hazır olması lazım olduğunu vurğulayıb:"Qışda risklərin nə olduğunu, yazda nə etməli olduğumuzu və buna görə də bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri göstərməli olduğunu bilirik" deyə bildirib.

Məqsədlərinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğuna diqqət çəkən Zelenski, 2023-cü ilə bu inamla girəcəklərini bildirib.
 
Günel

OXŞAR XƏBƏRLƏR