Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib

Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib
DÜNYA
23:08 07.04.2025
163
Ukrayna prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusu ilə bağlı bir neçə sərəncam imzalayıb.

Müvafiq sənədlər Ukrayna prezidentinin saytında dərc olunub.

Xüsusilə, Ukraynanın Braziliya və Almaniyadakı keçmiş səfiri Andrey Melnik ölkənin BMT-dəki daimi nümayəndəsi olub.

Bundan əlavə, Zelenski müvafiq sərəncamlarla Qazaxıstan, Çin, Livan, Norveç, Paraqvay və Finlandiyaya yeni səfirlər təyin edib.

Ukraynanın BMT-dəki əvvəlki daimi nümayəndəsi Sergey Kislitsya 2024-cü il dekabrın 21-də vəzifəsindən azad edilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR