Zelenski: “Ukraynanın əks-hücum əməliyyatları çox mürəkkəb gedir”

Zelenski: “Ukraynanın əks-hücum əməliyyatları çox mürəkkəb gedir”
DÜNYA
16:35 23.08.2023
185
Ukrayna Prezidenti Volodimir Zelenski əks-hücum əməliyyatlarının çox çətin və mürəkkəb getdiyini etiraf edib.

O, bunu Kiyevdə Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu "irəliləyir, lakin yavaş-yavaş”. "Hansı istiqamətlərdə irəlilədiyimizi görürük, amma bu, bizim üçün çox çətindir, minlərlə mina var. Amma ən əsası ordunun mənə verdiyi hesabatdır və mən bunu hər gün alıram", - V.Zelenski bildirib.

Qeyd edək ki, hələ iyun ayında o, Ukrayna hərbçilərinin əks-hücum zamanı ciddi müqavimətlə qarşılaşdığını desə də, sonra vəziyyəti "ümumiyyətlə müsbət” adlandırmışdı. Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Sirski etiraf edib ki, əks-hücum istədikləri qədər sürətlə getmir.
 
///Report
OXŞAR XƏBƏRLƏR