Zelenski üsyan etdi - "Çətin vəziyyətdəyik"

Zelenski üsyan etdi - "Çətin vəziyyətdəyik"
DÜNYA
12:01 20.02.2024
164
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə yardımın gecikməsindən Rusiyanın faydalandığını və cəbhələrdə vəziyyətin çətin olduğunu deyib.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zelenski açıqlamasında ölkəsinə edilən yardımın gecikməsindən Moskvanın faydalandığını bildirib və "hazırda cəbhə xəttinin müxtəlif yerlərində rus qoşunlarının cəmləşdiyi son dərəcə çətin vəziyyət var” deyib.

Yardımın gecikməsindən Rusiyanın qazancının çox həssas bir mövzu olduğunu ifadə edən Zelenski artilleriya çatışmazlığının olduğunu ifadə edərək, "Cəbhə xəttində havadan müdafiə və daha uzun mənzilli silahlara ehtiyacımız var", - deyib.

Uzun müzakirələrdən sonra ABŞ Senatı bu yaxınlarda Ukrayna, İsrail və Tayvana yardım da daxil olmaqla 95,3 milyard dollarlıq dəstək paketini təsdiqləyib.

Senatda təsdiqlənən paketin təsdiq üçün Nümayəndələr Palatasına təqdim ediləcəyi gözlənilir. ABŞ prezidenti Co Baydenin paketi imzalaması və qanuna çevrilməsi üçün paket Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.

ABŞ 2023-cü ildə Ukraynaya 34 ayrı paketdə ümumilikdə 24 milyard dollarlıq müdafiə yardımı ayırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR