Zelenski villasını ruslara kirayə verib? – ŞOK İDDİA

Zelenski villasını ruslara kirayə verib? – ŞOK İDDİA
DÜNYA
11:53 01.09.2022
444
Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyadakı lüks villasını ruslara kirayə verdiyi iddia edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İtaliya mediasında məlumatlar yer alıb.

İtaliyanın "İl Tirreno” qəzetinin xəbərinə görə, Ukrayna lideri avqust ayında Toskanadakı evini ruslara bir ay müddətinə kirayə verib. Londonda yaşayan rusiyalı cütlüyün villada bir ay qalmaq üçün 50 min dollar ödədiyi bildirilib. İtaliya qəzeti cütlüyün sosial şəbəkədə paylaşdığı lüks villanın fotolarının da xəbəri təsdiqlədiyini yazıb.

Bu xəbərin Ukrayna liderinin Aİ liderlərini Rusiya vətəndaşlarına viza verməməyə çağırdığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Ukrayna lideri sahilyanı Forte dey Marmi şəhərindəki dəbdəbəli evi hələ aktyor olarkən 4 milyon avroya alıb.

İtaliyanın aparıcı qəzetlərindən biri olan "Corriere Della Serra”ya danışan əmlakçı isə bu iddianı təkzib edərək, kirayəçilərin rus olmadığını, lakin şəxsi həyatlarının gizliliyi səbəbindən əlavə açıqlama verə bilməyəcəklərini bildirib.

Hadisə şahidi cütlüyün rusca danışdığını deyib. Qəzet kirayəçilərin böyük ehtimalla rus əsilli olduqlarını, lakin onların İngiltərədə yaşadığını və Britaniya vətəndaşları olduğunu bildirib.
 
Aydın
 

 

 

 


OXŞAR XƏBƏRLƏR