Zelenski: “YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir”

Zelenski: “YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir”
DÜNYA
17:31 07.05.2022
436
Ukrayna Prezidenti Volodimir Zelenski icra hakimiyyətinin fəaliyyəti ilə bağlı müşavirə keçirib və yanacaqla təminat məsələsi müzakirə edilib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, iclasda Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun müavinləri, Baş nazir Denis Şmıqal və hökumət üzvləri iştirak ediblər.

Prezident yanacaqdoldurma məntəqələrində (YDM) növbələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib.

Həmçinin uzunmüddətli müqavilələrin bağlanması və dövlət yanacaq ehtiyatının yığılmasının zəruriliyi vurğulanıb.

Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukraynaya yanacaq tədarükünü təmin etmək məqsədilə Şərqi Avropa limanlarında Ukraynaya yaşıl dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, Ukraynanın müharibədən sonra bərpası və inkişafı Planının hazırlanması, eləcə də ölkəyə Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın Maliyyə naziri Sergey Marçenko hərbi vəziyyət şəraitində dövlət büdcəsinin icrası barədə məlumat verib. Onun sözlərinə görə, aylıq büdcə kəsirinin beynəlxalq qrantlar və kreditlər hesabına aradan qaldırılması planlaşdırılır. Nazir bildirib ki, 11 milyard ABŞ dolları məbləğində beynəlxalq qrantların ayrılması ilə bağlı danışıqlar aparılır və bunun 5 milyard dollarlıq hissəsi artıq alınıb.

"Görüş zamanı həmçinin Rusiyanın təcavüzündən zərər çəkmiş vətəndaşların tibbi, psixoloji və sosial reabilitasiya xidmətləri ilə təmin edilməsi üçün dövlət orqanları və təşkilatlarının qarşılıqlı əlaqəsi məsələsinə də diqqət yetirilib”, - Ukrayna Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et