Zelenskidən Putinə sərt cavab: "Biz gec-tez qalib gələcəyik”

Zelenskidən Putinə sərt cavab: "Biz gec-tez qalib gələcəyik”
DÜNYA
14:05 09.05.2022
503
Zelenski Putinin Qələbə günü çıxışına cavab verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenski Putinə "gec-tez biz qalib gələcəyik”, deyə cavab verib.

Putinin müharibədə zəfər qazanmayacağını fikrini israrla davam etdirən Zelenskinin budəfəki cavabı belə olub: "Azad xalqımıza heç bir işğalçı hakim ola bilməyəcək. Biz gec-tez qalib gələcəyik”.

Bundan başqa, Ukraynanın şərqindəki Luqansk vilayətinin qubernatoru Serhiy Qaydai Ukrayna xalqına Rusiyadan artan təcavüz təhlükəsi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu gün Putin Qələbə günüdən bu açıqlama ilə gündəmə gəldi: "NATO ölkələri bizi eşitmək istəmədilər, bu isə o deməkdir ki, əslində onların başqa planları var idi və biz bunu görürük. Rus əsgərləri Donbassda təhlükəsizlik uğrunda döyüşürlər. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi, bu, yeganə düzgün qərar idi".

Putin müharibənin nə qədər davam edəcəyi barədə isə heç bir fikir bildirməyib. O, qeyd edib ki, Rusiya əsgərləri öz torpaqları üçün savaşır və savaşmaqda davam edəcək.
 
Aydın
OXŞAR XƏBƏRLƏR