Zelenskidən Putinə sülh çağırışı: “Mən təklif edirəm ki…”

Zelenskidən Putinə sülh çağırışı: “Mən təklif edirəm ki…”
DÜNYA
13:00 13.12.2022
372
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı qarşıdan gələn Milad bayramı ilə əlaqədar qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenski qeyd edib ki, indi Moskvadan xəbər gözləyəcəklər.

Rusiyanı konkret həll prosesi üçün lazımi addımları atmağa dəvət edən Zelenski Milad bayramının yaxın günlərdə bütün dünyada qeyd ediləcəyini xatırladıb. Rusiyanı bayram günlərində ordusunu Ukraynadan çıxarmağa çağıran Zelenski deyib:

"Bu (Milad bayramı) normal insanların aqressiya deyil, sülh haqqında düşündüyü vaxtdır. Mən təklif edirəm ki, Rusiya ən azı təcavüzdən əl çəkə biləcəyini sübut etməyə çalışsın. Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən çıxarılmasına bu Milad bayramında başlamaq düzgün olardı. Əgər Rusiya qoşunlarını Ukraynadan çıxarsa, münaqişələrin etibarlı şəkildə dayandırılmasına nail olunacaq”.

Rusiyaya təklif etdiyi həll yolu yerinə yetiriləcəyi təqdirdə sülhə nail olmağın mümkün olduğuna inandığını ifadə edən Zelenski indi Moskvadan xəbər gözləyəcəklərini qeyd edib.

Aydın
OXŞAR XƏBƏRLƏR